Rusiyada elan edilən səfərbərlik fonunda Qırğızıstan vətəndaşları xaricdə, o cümlədən Ukraynada hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyəti daşıyacaqlar.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, respublikanın Cinayət Məcəlləsinin 256-cı maddəsi bu əmələ görə əmlakı müsadirə olunmaqla 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Qeyd edək ki, Qırğızıstan KTMT-nin üzvüdür.