Qırğızıstan hökuməti vətəndaşlarına Rusiyanın Belqorod, Bryansk və Kursk vilayətlərinə səyahətdən çəkinməyi tövsiyə edib.
AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Kursk vilayətində federal səviyyəli fövqəladə vəziyyətin, habelə Bryansk və Belqorod vilayətlərində regional səviyyəli fövqəladə vəziyyətin tətbiqi ilə əlaqədar Qırğızıstanın Rusiya Federasiyasındakı səfirliyi Qırğızıstan Respublikası vətəndaşlarına mövcud vəziyyət sabitləşənə qədər Rusiyanın qeyd olunan regionlarına səfərdən müvəqqəti çəkinməyi tövsiyə edir”, – məlumatda qeyd olunub.