
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov istefa verib.
Qırğız Respublikasının Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, prezident istefasını parlament tərəfindən namizədliyi oktyabrın 14-də təsdiqlənən yeni baş nazir Sadır Japarova müzakirə edib. Müzakirədən sonra Sooronbay Jeenbekov bu gün istefa verib.
Qeyd edək ki, Sooronbay Jeenbekov 2017-ci il noyabrın 24-də seçilmişdi.