Mayın 16-da Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini
Ulan Primovun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi
Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Heydər Əliyev
Beynəlxalq Hava Limanında Qırğızıstan parlament nümayəndə heyətini
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri,
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Musa Quliyev, Qırğızıstanın Azərbaycandakı səfiri
Kairat Osmonaliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər mayın 18-də başa çatacaq.