Qırğızıstan ölkəsindən terrorçuların Qazaxıstana keçməsi ilə bağlı məlumatları təkzib edib

Qırğızıstandan heç bir xüsusi təlim keçmiş şəxs Qazaxıstan sərhədini keçməyib və iğtişaşlarda iştirak etməyib.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Facebook” səhifəsində Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev yazıb.

“Bizim vəzifəmiz Qazaxıstanda birtərəfli qaydada iğtişaşların təbliği ilə Qırğızıstan ictimaiyyətini təxribata çəkmək cəhdlərini təkzib etməkdir, çünki əslində Qırğızıstandan heç bir xüsusi təlim keçmiş şəxs qonşu ölkəyə keçməyib və iğtişaşlarda iştirak etməyib.


İstisna edilmir ki, bəzi soydaşlarımız müxtəlif vəziyyətlərdə iştirak etmiş ola bilər, amma heç bir “terrorçudan” söhbət gedə bilməz”, – deyə K.Taşiyev bildirib.