2024-cü ilin yanvar-iyul aylarında Qırğızıstanla Aİİ üzv ölkələri arasında ticarət dövriyyəsi azalmaqda davam edib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, bu dövrdə ticarət dövriyyəsi 2 milyard 378,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 225,5 milyon dollar (-8,6%) azdır. Qırğızıstan Rusiya (-24,1%) və Qazaxıstana (-15,8%) ixracı, həmçinin Belarusdan (-30,8%) və Ermənistandan (-78,2%) idxalı azaldıb.