Xəbər - Sədrəddin Ağcayev – Trend:
Qırğızıstan Azərbaycan neftinin satın alınmasında maraqlıdır.
AzerTimes-ın məlumatına görə, bunu Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.
O bildirib ki, Azərbaycan Qırğızıstanı neft məhsulları ilə təmin etmək potensialına maklikdir: “Biz istərdik ki, Azərbaycan təkcə Qırğızıstana deyil, həm də bütün regiona neft məhsulları ixracatçısına çevrilsin”.
Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.
(Tərcümə: Orxan Nəbiyev)