Jurnalist Ayaz Qılman oğlu Musayev 75 yaşında dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, Ayaz Musayev 1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, “Müxbir” jurnalında ədəbi işçi vəzifəsində çalışıb.
1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin “Kitablar aləmində” jurnalının ədəbi işçisi olub.
1974-2004-cü illərdə “İşıq” nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib.
2004-cü ildən BDU-da jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimidir.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Qeyd edək ki, Ayaz Musayev mərhum yazıçı Qılman İlkinin oğludur.