Qida təhlükəsizliyinə dair yeni dövlət standartı qəbul edilib

Ölkədə ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası
əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə
sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlara
tələblər” dövlət standartı qəbul edilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən xəbər verilib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə
hazırlanan standart layihəsi İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik
hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ
sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə qida məhsullarının təhlükəsizliyinin
və keyfiyyətinin idarə edilməsi və bu sahə üzrə qida zəncirində
iştirak edən təşkilatların fəaliyyətinin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına, həmçinin qida məhsullarının keyfiyyətinin
yüksəldilməsinə xidmət edəcək.

Teqlər: