Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs Qida Təhlükəsizliyi İnstitutu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
AzerTimes dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi “Azəruçot” MMC-dir.
Qalib şirkətə 9 min manat ödəniləcək.