Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi
haqqında” qanun layihəsi müzakirə olunub
Trend xəbər verir ki, iclasda komitə sədri Tahir Rzayev, Qida
Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı
nazirinin müavini İlhamə Qədimova, Dövlət Gömrük Komitəsinin sədr
müavini Cavad Qasımov, İqtisadiyyat Nazirliyinin (Antiinhisar)
Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma
şöbəsinin müdiri İlqar Həsənov, Azərbaycan Sahibkarlar
Konfederasiyasını vitse-prezidenti Vüqar Zeynalov, Meyvə-Tərəvəz
İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir
Quliyev və digər şəxslər iştirak ediblər.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında
müzakirəyə tövsiyə olunub.