Qida məhsullarının məhvedilmə halları 4 dəfə azalıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

2019-cu il ilə müqayisədə 2020-ci ildə qida məhsullarının məhvedilməyə məruzqalma sayı təxminən 4 dəfə azalıb.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, sözügedən indikator üzrə qida təhlükəsizliyi göstəricisi 74% müsbət istiqamətdə dəyişib. Bu indikator idxal zamanı nöqsanlar aşkar olunan və məhsulun yararlılıq müddətinin bitməsi səbəbindən sahibkarın müraciəti əsasında həyata keçirilən məhvetmə hallarını əhatə etmir.


Teqlər: