Xəbər - İlhamə İsabalayeva – Trend:
Aprelin 1-dən qüvvəyə minən qida məhsulları və qida obyektlərinə dair gigiyena tələblərində qida məhsulları sahəsində fəaliyyət göstərən işçilərin icbari tibbi müayinədən keçməsi ilə bağlı müddəalar öz əksini tapıb.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin əməkdaşı İradə Hüseynli deyib.
Onun sözlərinə görə, AQTA tərəfindən qəbul edilən yeni sanitariya norma və qaydalar və aprelin 1-dən qüvvəyə minir.
İ.Hüseynli qeyd edib ki, qida məhsulları üçün mikrobioloji göstəricilərə görə tələblər yenilənib. Bu sənəddə qida məhsulları üzrə mikrobioloji meyarlarla yanaşı, istehsalın gigiyenik qaydalara təşkili göstəriciləri də öz əksini tapıb.