Qida istehsalı üçün istifadə edilən ətirli maddələrin qarışıqları gömrük rüsumundan azad olunub

Qida məhsullarının sənaye istehsalı üçün istifadə edilən ətirli
maddələrin qarışıqları və sənaye xammalı kimi istifadə edilən bir
və ya daha çox belə maddələr əsasında qarışıqlar 15 faiz gömrük
rüsumundan azad olunub.

AzerTimes-ın
məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası,
idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının
dərəcələri”nə dəyişiklik edib.

Digər lipoproteinlipaza, aspergillus qələvi proteazası da idxal
gömrük rüsumundan azad olunub.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Teqlər: