Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə
Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də
memorandum imzalanacaq.
AzerTimes-ın məlumatına görə, bunu Qeyri-hökumət təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva
“Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri
təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, Agentlik bir ilə yaxındır ki, fəaliyyət
göstərir.
“Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada
regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Vəziyyət
bizim istədiyimiz kimi deyil, qənaət bəxş sayılmır”, – A.Əliyeva
deyib.