QHT-lər BMT baş katibinə müraciət edib

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədri Birləşmiş
Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan
ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində
fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı
keçirib.

AzerTimes-ın məlumatına görə, toplantıda qeyd olunub ki, BMT-nin
İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını
nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil,
bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən
və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen
Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan
adlı əməkdaşlar BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək
türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan
Respublikasının Prezidentinə nifrət zəmnində hücum edirlər. Edilən
xəbərdarlıqlara məhəl qoymayan bu insanların BMT strukturları
tərəfindən cəzalandırılması və mandatlarına xitam verilməsi QHT
sədrləri tərəfindən diqqətə çatdırılıb.

Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin baş katibi Antonio
Quterreşə müraciət göndərilib.

Teqlər: