QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

28 yanvar 2022-ci il tarixində Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzerTimes-ın məlumatına görə, Anlaşma Memorandumunu Agentlik tərəfindən icraçı direktor Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən isə Vətəndaş Cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıb.

Bu Anlaşma Memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək verərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.

Teqlər: