Qəzza zolağında humanitar yardım missiyası zamanı ABŞ-ın 3 hərbçisi qeyri-döyüş xəsarətləri alıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın 5-ci donanmasının komandanı, vitse-admiral Bredf Kuper məlumat verib.
Onun sözlərinə görə, mayın 23-də ABŞ hərbçilərindən biri Qəzzaya humanitar yardım zamanı “USNS Benavidez” hərbi gəmisində qeyri-döyüş xəsarətləri alıb və vəziyyəti ağırdır. Digər iki hərbçi isə yüngül xəsarətlər alıb.