Qəzzaya qoşun yeritməyəcəyik – İordaniya

Qəzzaya qoşun yeritməyəcəyik – İordaniya

İordaniyanın silahlı münaqişə sona çatdıqdan sonra belə Qəzza zolağına qoşun yeritmək planı yoxdur.

AzerTimes xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdulla əs-Səfadi deyib.

“Biz bu məsələni tərəfdaşlarımızla müzakirə etdik və Qəzzaya ərəb qoşunlarının yeridilməyəcəyi qənaətinə gəldik. İmkan vermək olmaz ki, fələstinlilər bizə düşmən kimi baxsınlar. Mövcud münaqişə sona çatdıqdan sonra Qəzzanın necə qalacağını bilmirik. Lakin Qəzzanın gələcəyi haqqında danışmaq istəyiriksə, onun məhvi dayandırılmalıdır”, – XİN başçısı bildirib.

Teqlər: