AB Misir üzərindən Qəzza zolağına humanitar yardım üçün hava dəhlizi açacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen deyib.
“Qəzzada olan fələstinlilərin humanitar yardıma ehtiyacı var. Onlar HƏMAS-ın barbarlığının bədəlini ödəyə bilməzlər. Bu səbəbdən Misir üzərindən Qəzzaya humanitar yardım dəhlizi yaradırıq. İlk iki uçuş bu həftə həyata keçiriləcək”, – Leyen bildirib.