Vaşinqton yaxın günlərdə Qəzza zolağına havadan humanitar yardım göndərməyə başlayacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İtaliya Baş naziri Ceorciya Meloni ilə görüşdə bildirib.
“Daha çox iş görülməlidir və ABŞ daha çox işlər görəcək. Yaxın günlərdə biz İordaniyadakı dostlarımız və digərləri ilə birlikdə Ukraynaya da daha çox ərzaq və ləvazimat daşıyacağıq”, – Bayden qeyd edib.