Qəzzaya dəyən zərərin həcmi açıqlandı

Qəzzaya dəyən zərərin həcmi açıqlandı

Dünya Bankı və BMT Fələstin və İsrail arasında münaqişə nəticəsində 2023-cü ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı qiymətləndirib.

AzerTimes xəbər verir ki, bu barədə birgə hesabatda deyilir.

Beynəlxalq qurumlar Qəzzanın kritik infrastrukturuna dəyən zərərin həcmini təxminən 18,5 milyard dollar qiymətləndiriblər.

“Bu həcm 2022-ci ildə İordan çayının qərb sahili (İordaniya çayı) və Qəzza zolağının ümumi ÜDM-nin 97 faizinə bərabərdir”, – sənəddə deyilir.

Teqlər: