Qəzzaya dəyən ümumi ziyan açıqlandı

Qəzzaya dəyən ümumi ziyan açıqlandı

Qəzza zolağının əhalisinin 90 faizi silahlı münaqişə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

AzerTimes xəbər verir ki, bu barədə anklavın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zolağa dəyən ümumi ziyan 30 milyard dollardan çoxdur. Bura yaşayış və digər binalara, infrastruktura, o cümlədən yol, elektrik, su və kanalizasiya şəbəkələrinə dəyən ziyan daxildir. Həmçinin, hesabata əsasən, münaqişə nəticəsində anklavda ölən, yaralanan və itkin düşənlərin ümumi sayı 110 min nəfəri ötüb.

Qeyd edək ki, daha öncə Misir Prezidenti Əbdülfəttah Sisi Qəzzanın bərpası üçün 90 milyard dollardan çox vəsaitin lazım olduğunu bildirib.

Teqlər: