Qəzzaya bir şərtlə yanacaq veriləcək – İsrail

Qəzzaya bir şərtlə yanacaq veriləcək – İsrail

İsrail Qəzza zolağındakı xəstəxanaların ehtiyacları üçün yanacaq ötürə bilər, bir şərtlə ki, HƏMAS hərəkatı onu almasın.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Hələ ki, yanacağın tədarükünə icazə verməmişik. Biz anklavdakı vəziyyəti hər gün qiymətləndiririk. Bir həftədən çoxdur bizə deyirlər ki, yanacaq tükənir, amma bu, belə deyil. Yanacaq veriləcək. Nəzarət altında xəstəxanalara çatdırılacaq və HƏMAS-a çatmaması üçün hər şey ediləcək”, – Halevi bildirib.

Teqlər: