İsrailin baş naziri Benyamin Netanyahu Qüds məsələləri və yəhudi irsi naziri Amihay Eliyahunu Nazirlər Kabinetinin iclaslarında iştirakını növbəti xəbərdarlığa qədər dayandırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Kan” radiosu məlumat yayıb.
Məlumata görə, buna səbəb Eliyahunun Qəzza zolağına nüvə bombası atılmasını təklif edən çıxışı olub.
“Eliyahunun sözləri doğru deyil və reallıqdan uzaqdır. İsrail və ordu mülki insanlara zərərin qarşısını almaq üçün beynəlxalq hüququn ən yüksək standartlarına uyğun fəaliyyət göstərir və biz bunu qələbəyə qədər davam etdirəcəyik”, – Netanyahu bildirib.