Humanitar yardım daşıyan 98 yük maşını bazar ertəsi günü “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi X sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, 42 yük maşını Qəzzaya ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (225 ton) və daha 8 maşın isə qarışıq yük (137 ton) daşıyıb.