“Baykar” şirkəti Qəzza əhalisi üçün 280 milyon lirə humanitar yardım etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə Səlcuq Bayraqdar öz “X” hesabında paylaşım edib.
“Bəşər tarixinin ən ağır faciələrindən biri Qəzzada baş verir”, – deyə o bildirib.
S.Bayraqdar əlavə edib ki, beynəlxalq birlik hərəkətə keçməlidir, sülh və ədalət təcili olaraq bərqərar edilməlidir