Yenidən qurulan və silahsızlaşdırılan Qəzza zolağında gələcəkdə radikal ünsürlərə yer olmamalıdır.
AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Foks Nyus”a müsahibəsində deyib.
“Mənə aydın görünür ki, Qəzzanın gələcəyi necə olmalıdır. Bu döyüşün sonunda HƏMAS yox olacaq. Biz HƏMAS-ı təkcə özümüz üçün deyil, həm sivilizasiya, həm də fələstinlilər və israillilər naminə məhv edəcəyik. Biz Qəzzanın silahsızlaşdırıldığını, radikal elementlərdən təmizləndiyini və yenidən qurulduğunu görmək istəyirik”, – Netanyahu bildirib.