Son iki gündə Qəzza zolağından 449 raket atılıb.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Bildirilib ki, raketlərdən 354-ü İsrail istiqamətində atılıb.
Belə ki, raketlərdən 81-i elə Qəzza zolağına, 14-ü isə dənizə düşüb.
“Dəmir Qübbə” atılan raketlərin 95 faizini uğurla məhv edib.