Qəzzadakı yanğına Ərdoğandan reaksiya

Qəzzadakı yanğına Ərdoğandan reaksiya

Qəzzada baş verən yanğın nəticəsində aralarında uşaqların da olduğu 21 fələstinlinin həlak olması xəbərinə dərindən kədərləndik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Həlak olanların ailələrinə səbir, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm”, – Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Qəzza sektorunun Cabaliyə şəhərində yaşayış evində baş verən güclü yanğın nəticəsində 21 nəfər həlak olub.

Teqlər: