Qəzzadakı xəstəxanalar bağlana bilər – Xəbərdarlıq

Qəzzadakı xəstəxanalar bağlana bilər – Xəbərdarlıq

Qəzzadakı xəstəxanalar yanacaq çatışmazlığı səbəbindən bağlana bilər.

AzerTimes xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

“Səhiyyə Nazirliyi bir daha xəbərdarlıq edir ki, generatorları işə salmaq üçün lazım olan yanacaq bitdiyinə görə xəstəxanalar, tibb məntəqələri və oksigen stansiyaları 48 saat ərzində fəaliyyətini dayandıracaq”, – məlumatda qeyd olunub.

Nazirlik BMT və humanitar təşkilatları yanacaq və elektrik generatorlarının çatdırılması üçün təcili müdaxilə etməyə çağırıb.

Teqlər: