Qəzza zolağında humanitar böhran dözülməz həddə çatıb və daha davam edə bilməz.
AzerTimes xəbər verir ki, bu sözləri BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits deyib.
Qriffits İsrailin bölgədəki əməliyyatlarının təcili dayandırılmalı olduğunu bildirib.
“Mülki əhalinin təhlükəsiz hərəkətinə imkan vermək üçün hərbi əməliyyatları dayandırın. Qəzza xalqına Fələstin anklavında baş verən dəhşətli hadisələrdən sonra dincəlməyə imkan verilməlidir”, – Qriffits bildirib.