Qəzza zolağında hazırkı hərbi əməliyyat sonuncu olmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.
O bildirib ki, bu əməliyyat HƏMAS-ın tamamən məhv edilməsi ilə nəticələnməlidir.
Qallant eyni zamanda qeyd edib ki, İsrailin bəyan etdiyi məqsədlərinə çatması üçün əməliyyat daha bir neçə ay davam edə bilər.