İsrail ordusu Qəzzanı bombardmana davam edir. Son sutkada 156 insan dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra keçirdiyi mətbuat konfransında İsrailin hücumları ilə bağlı məlumat verərkən deyib.
“İsrail ordusunun həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 156 nəfər artaraq 21 min 978 nəfərə nəfərə çatıb”.
Kudra hücumların başladığı 87 gün ərzində 57 min 697 nəfərin yaralandığını bildirib.