Dünən Qəzzanın şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinin atəşə tutulması nəticəsində 30-dan çox adam həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Zərbələr nəticəsində 12 ev tamamilə dağılıb. Hazırda 31 meyit və 9 yaralı var”, – məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda dağıntılar altında qalan onlarla adamın axtarışı davam etdirilir.