İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 20 min nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 8 mini uşaq, 6,2 mini isə qadındır.
52,6 min yaralı var, 6,7 min insan isə itkindir.
Bundan əlavə, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində 53 min ev tamamilə və 255 min mənzil isə qismən dağılıb.