İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefon danışığı zamanı Fələstin məsələsinin onun üçün prioritet olduğunu deyib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası yazıb.
“Mənim hökumətim islam dünyasının əsas məsələsi kimi Fələstin problemini prioritetləşdirəcək.Biz digər ölkələrin əməkdaşlığı və bütün imkanlardan istifadə edərək Qəzzaya qarşı müharibənin sona çatmasına nail olmağa çalışırıq”, – Pezeşkian bildirib.