Qəzzada köçkünlərin sayı 338 mini ötdü

Qəzzada köçkünlərin sayı 338 mini ötdü

İsrailin bombardmanları nəticəsində Qəzza zolağındakı evlərini tərk edənlərin sayı 338 min nəfəri ötüb.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yaydığı hesabatda qeyd olunub.

“Qəzza zolağında əhalinin kütləvi köçü davam edir. Son 24 saat ərzində köçkünlərin ümumi sayı 30% artaraq 338 934 nəfərə çatıb. Köçənlərin üçdə ikisindən çoxu BMT-nin Yaxın Şərqdəki Fələstinlilərə Yardım işləri üzrə Agentliyinin məktəblərinə sığınıb.

Teqlər: