Qəzzada köçkünlərin sayı 260 minə çatdı

Qəzzada köçkünlərin sayı 260 minə çatdı

İsrailin bombardmanları nəticəsində 260 min nəfər Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb.

AzerTimes xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

“Hesablamalara görə, 263 934 nəfər Qəzzada məcburi köçkündür. Onların sayının artacağı istisna olunmur”, – məlumatda qeyd olunub.

Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatında qeyd olunub ki, HƏMAS-ın hücumlarından bəri Qəzza sektorunda 7 jurnalist öldürülüb.

Məlumata görə, daha 2 jurnalist yaralanıb, 2-si isə HƏMAS tərəfindən girov götürülüb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu isə HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirir.

Teqlər: