İsrail ABŞ-la təmaslarda Qəzza zolağında hərbi əməliyyatların intensivliyinin azaldılması zərurəti barədə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Lakin bunun dəqiq nə vaxt baş verəcəyi bəlli deyil”, – Kirbi söyləyib.