Qəzza zolağında daha çox girovun sərbəst buraxılması üçün aktiv şəkildə çalışırıq.
AzerTimes xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Sisi fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Sisi həmçinin bildirib ki, Qəzzaya mümkün quru əməliyyatı daha çox dinc sakinin ölümünə yol aça bilər:
“Qəzzadakı vəziyyət nəzarətə alınmalıdır. Münaqişənin genişlənməməsi olduqca vacibdir”.
Qeyd edək ki, E.Makron Qüdsdən sonra Misirin paytaxtı Qahirəyə səfər edib.