ABŞ Yaxın Şərqdəki tərəfdaşları ilə Qəzza zolağının münaqişədən sonra nizamlanması məsələsini müzakirə edir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif deyib.
“Son dörd-beş ay ərzində biz ərəb tərəfdaşlarımızla, fələstinlilərlə, İsrail hakimiyyət orqanları ilə “bundan sonra nə olacaq, bu münaqişədən sonra nə olacaq” sualını fəal şəkildə müzakirə edirik”, – Lif bildirib.