Qəzzada bizim əsas vəzifəmiz budur – Ərdoğan

Qəzzada bizim əsas vəzifəmiz budur – Ərdoğan

Davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin qarşıdurmasından söz açarkən deyib.

“Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”, – Ərdoğan vurğulayıb.

O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərilərinə götürməyə hazır olduqlarını bildirib.

Teqlər: