ABŞ administrasiyası tərəfdaşları ilə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ideyasını müzakirə edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə gəlincə, biz regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla bu müzakirələri aparırıq. Düşünürəm ki, hər hansı bir qərar haqqında konkret danışmaq hələ tezdir, lakin biz diqqətimizi buna yönəltmişik”, – deyə M.Miller bildirib.