ABŞ Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
“Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu, yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki HƏMAS qalıcı sülh və ikidövlətli həll görmək istəmir”, – deyə R.Vud bildirib.