Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı İsrail hərbçiləri anklavda saxlanılanlar arasından 31 girovun həlak olması barədə yaxınlarına məlumat verib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.
“İsrail ordusu bu ağır günlərdə oğurlananların ailələrini müşayiət edir və nümayəndələrimiz ailələrə onların yaxınları ilə bağlı hər hansı təsdiqlənmiş məlumat verirlər. Beləliklə, biz yaxınları oğurlanan və həlak olan 31 ailəni xəbərdar etmişik”, – deyə bildirilib.