Qəzza zolağından İsrail ərazisinə üç raket atılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
“Qəzza zolağından İsrail ərazisinə üç raket atılıb. Raketlərdən biri “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Digər iki raket təhlükəsizlik hasarının yanına düşüb”, – məlumatda deyilir.