Mayın 10-dan Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb.
AzerTimes-ın məlumatına görə, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus onlayn-brifinq zamanı deyib.
C.Konrikus bildirib: “Atışma başlayandan bəri İsrail ərazisinə 2 800-dən çox raket atılıb. Onlardan 430-u Qəzza zolağının ərazisinə düşüb. Ordu isə öz növbəsində Qəzza zolağında 672 hərbi mövqeyə zərbə endirib”.
Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.