Son bir neçə gün ərzində Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun “Twitter” səhifəsində bildirilir.
Məlumatda deyilir: “Son 3 gün ərzində HƏMAS hərəkatının silahlılar Qəzza zolağından israil ərazisinə 1,5 mindən artıq raket atıblar”.
Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.