Qəzza bölgəsində bir neçə gün əvvəl bir gün ərzində 8 nəfər azərbaycanlı təxliyyə olunub.
AzerTimes xəbər verir ki, bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
O qeyd edib ki, İsraildən vətəndaşların evakuasiyası nəzərdə tutulmur:
“Evakuasiya ilə bağlı müraciətlər daxil olmur. Qaynar xəttə müraciətlər cüzidir”.